Azərbaycanda anası qızdırmalı uşağa antibiotik vurdu, öldü

Bərdə rayonunda 4 yaşlı uşaq evdə vəfat edib.
Mynews.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, martın 16-da 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlu ölü vəziyyətdə Bərdə Ailə Sağlamlıq Mərkəzinə daxil olub.
Araşdırma zamanı məlum olub ki, 4 yaşlı Məhəmmədin evdə temperaturu qalxıb, anası Aysel Zeynalova ona yan əzələdən inyeksiya yolu ilə dərman vurub. Bundan sonra uşağın vəziyyəti ağırlaşıb və xəstəxanaya aparılarkən yolda ölüb.
Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə və hadisə yerinə baxış keçirilib, antibiotiklərin boş ampulaları, boş iynə qabları aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Hadisə
- Zaqatalada itən turistin qardaşından şok açıqlama - "Həmin ərazi yaxşı axtarılmayıb"
- Şirvanda körpə ölü doğuldu
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi
- Əsgərimiz Laçında həlak oldu
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB - Əlavə vaxt verildi 1035 dəfə oxunub
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA 1010 dəfə oxunub
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi 1007 dəfə oxunub
- Pensiya alanlara ŞAD XƏBƏR 1003 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ 1000 dəfə oxunub