Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yol polisi qəza törətdi - Vəziyyəti ağırdı

Sumqayıtda yol polisi əməkdaşı ağır qəza törədib.

Mynews.az xəbər verir ki, hadisə şəhərin mərkəzində, Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, aprelin 5-də sürücü, 1985-ci il təvəllüdlü İsa Hüseynov özünə məxsus “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. İ. Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

Qəza nəticəsində sürücü və həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar. Yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıblar.

F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...