Azadlığa buraxılan ən yaşlı məhkumun neçə yaşı var?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olmuş altı nəfər azadlığa buraxılıb.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsindən əfv siyahısına düşərək, azadlığa buraxılan ən yaşlı məhkumun 75 yaşı var.
Digər məhkumlardan iki nəfər 1952-ci il, bir nəfər 1953-cü il, bir nəfər 1954-cü il, bir nəfər isə 1955-ci il təvəllüdlüdür.
Əfv edilən altı məhkum cəzaçəkmə müəssisəsində həkim müayinəsindən sonra azadlığa buraxılıblar.
Xatırladaq ki, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Hadisə
- Zaqatalada itən turistin qardaşından şok açıqlama - "Həmin ərazi yaxşı axtarılmayıb"
- Şirvanda körpə ölü doğuldu
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi
- Əsgərimiz Laçında həlak oldu
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB - Əlavə vaxt verildi 1039 dəfə oxunub
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA 1014 dəfə oxunub
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi 1011 dəfə oxunub
- Pensiya alanlara ŞAD XƏBƏR 1007 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ 1004 dəfə oxunub