Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dəhşətli yol qəzası - Polis əməkdaşı öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Mynews.az apa-ya istinadən xəbər verir ki, qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini sakini, 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi "Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi "Changan” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, dünyasını dəyişən R.Cəfərov polis əməkdaşıdır. O, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...