Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda xəstə özünü pəncərədən atmaq istədi

1 Saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan xəstələrdən biri tibb işçilərini vahiməyə salıb.

Mynews.az oxu.az-a istinadla xəbər verir ki, Orxan adlı şəxs xəstəxananın pəncərəsinə çıxaraq, özünü oradan aşağı atacağını deyib.

Tibbi heyət və polis işçisi onu fikrindən yayındıraraq, bədbəxt hadisənin qarşısını alıb.

1 Saylı Kliniki Tibbi Mərkəzdən faktı Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, hadisə ötən gün baş verib:

“Həmin şəxs hərarət və nəfəs daralması ilə xəstəxanaya müraciət edib. Aidiyyəti üzrə bir neçə gündür ki, müvafiq şöbədə müalicə alır. Mövcud vəziyyətlə bağlı ailə üzvləri ilə görüşə bilmir. Bu səbəbdən belə bir addım ataraq, diqqət çəkməyə çalışıb. Onunla söhbət aparılıb, vəziyyət izah olunub. Artıq hər şey qaydasındadır, heç bir problem yoxdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...