Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 10 yaşlı qız intihar etdi

Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib.

Bu barədə Mynews.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, faciə mayın 5-i saat 15:30 radələrində baş verib.

Zabrat qəsəbəsində yaşayan Dilbər Kazımova (2010-cu il təvəllüdlü) örpək vasitəsi il mənzilindəki şkafın qapısından özünü asıb.

İntihar zamanı azyaşlının anası evdə olub. Lakin D.Kazımovanın intiharı həyata keçirdiyi otağın qapısını kilidləməsi hadisənin qarşısını almağa mane olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumatda bildirilir ki, Kazımovlar ailəsində üç uşaq olub: iki qız, bir oğlan. Qohumlarının bildirdiyinə görə, Dilbərin psixoloji problemləri olub.

Faktla bağlı cinayət işi açılıb. Rayon prokurorluğunda cinayət işi ilə bağlı istintaq aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...