Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Günəşli”dəki qəzada itkin düşən neftçilərdən ikisinin cəsədi 4,5 il sonra tapıldı

2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın zamanı ölən şəxslərdən ikisinin meyitinin tapıldığı ərazi məlum olub.

Mynews.az xəbərinə görə, itkin düşən neftçilərdən ikisinin cəsədi sözügedən yataq ərazisindəki neft nəql borularının cari vəziyyəti təftiş edilərkən BP platformaları istiqamətindən tapılıb.

Onların üzərindəki sənədlərdən məlum olub ki, sözügedən cəsədlər qəza nəticəsində itkin düşən neftçilərdir.

Bu gün onların nəşinin torpağa tapşırılması gözlənilir. 

Bildirilir ki, onların dəfninə SOCAR tərəfindən yardım ediləcək.

Qeyd edək ki, cəsədi tapılan neftçilər -1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...