Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qızlar arasında kütləvi dava: - “Üzr istə” deyə-deyə döydülər - VİDEO

Ötən gün sosial şəbəkələrdə azyaşlı qızın döyüldüyünə dair videogörüntü paylaşılıb.

Mynews.az Oxu.Az xəbər verir ki, görüntülərdə bir neçə nəfərin azyaşlı qıza hücum edərək, onu döydüyü müşahidə olunur.

Görüntülərdə döyülən qız bir anlıq huşunu itirib. Məsələnin hansı səbəbdən baş verdiyi məlum deyil. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkələrdə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülərin tam və hərtərəfli araşdırıldığını deyib. 

O bildirib ki, hadisə mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində qeydə alınıb:

“16 yaşlı Z.Müsayeva naməlum şəxslər tərəfindən xuliqanlıq zəminində döyülüb. Həmin görüntülər onlara məxsus “Instagram” hesablarında yayımlanıb. Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri - 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlü Lalə Məmmədova və Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub. Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək, peşman olduqlarını bildiriblər”. 

E.Hacıyev faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə cinayət işi açıldığını qeyd edib:

“Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...