Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Karantini pozduğuna görə saxlandı, cinayətləri ortaya çıxdı

İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı iki ədəd kombi, su qızdırıcı, üç ədəd maqnitofon, monitor, dörd ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...