Azərbaycanda daha bir nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu - RESMİ
“Hazırki dövrədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub”.
Mynews.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onlardan üçü Dövlət Məşğulluq Xidmətinin işçisi (1 nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), 1 nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), 1 nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır);
altısı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi (2 nəfər Xidmətin aparatının, 3 nəfər Protez-Ortopedik Bərpa Mərkəzinin, 1 nəfər Yevlax Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin əməkdaşıdır);
16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (1 nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, 4 nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır).
Xəstələrin vəziyyəti yaxşıdır. Müalicələri davam edir.
Paralel olaraq Nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir. Əməkdaşlar arasında bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür.
Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 964 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 925 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 916 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 915 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 912 dəfə oxunub