Siyəzəndə SMS icazə olmadan küçəyə çıxanlar cəzalandırıldı

Siyəzəndə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Siyəzən Rayon Polis Şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə, rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Polis əməkdaşları tərəfindən xidmət aparan zaman elan edilmiş qaydaları pozaraq tibbi maskadan istifadə etməyən, eləcə də xüsusi SMS vasitəsi ilə icazə almadan yaşayış yerlərini tərk edən vətəndaşlarda aşkarlanıb.
Qayda pozan həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunublar.
Hadisə
- Bakıda məşhur marketdə kütləvi zəhərlənmə
- Prezident İlkin Süleymanovla bağlı həbs qərarı verən hakimi işdən çıxardı
- Zaqatalada itən turistin yeni FOTOSU TAPILDI - Bir neçə saat əvvəl çəkilib
- Məşhur aktyor vəfat etdi
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı 1117 dəfə oxunub
- Məşhur aktyor vəfat etdi 1113 dəfə oxunub
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO 1112 dəfə oxunub
- Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! - Tələb 1062 dəfə oxunub
- Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 1057 dəfə oxunub