Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıya sərnişin daşıyan sürücü 3 min cərimələnib

Karantin qaydalarını pozaraq Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi “Mercedes” markalı mikroavtobusla onları Bakı şəhərinə aparacağına söz verib.

Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib. 

Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...