Xocavənddə düşmən təxribatı - Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ

Dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə Azərbaycan ordusunun bölmələrinə hücum edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nəticədə, bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.
Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Bu kimi hal təkrarlanarsa, Azərbaycan ordusu tərəfindən qəti tədbirlər görüləcək.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Hadisə
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
- Sumqayıtda ər arvadını hoteldə boğaraq öldürüb
- Azərbaycan mədəniyyətinə ağır itki baş verdi
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 969 dəfə oxunub
- Qanla yazılan şanlı tarix - VİDEO 949 dəfə oxunub
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 932 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 928 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 927 dəfə oxunub