Ermənilər əsir götürdüyü Azərbaycan hərbçisinin meyitini yandırıb

Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur:
"Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb. Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb".
Məlumatda qeyd olunub ki, eyni zamanda Cenevrə Konvensiyalarına əsasən həlak olan şəxslər öz dini adət-ənənələrinə uyğun olaraq dəfn edilməlidir.
"Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq", - Ombudsman Aparatından bildirilib. (Report)
Hadisə
- Prezident İlkin Süleymanovla bağlı həbs qərarı verən hakimi işdən çıxardı
- Zaqatalada itən turistin yeni FOTOSU TAPILDI - Bir neçə saat əvvəl çəkilib
- Məşhur aktyor vəfat etdi
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO
- Paytaxtda tələbə dənizdə boğularaq öldü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azyaşlı qızını ərə vermək istəməyən ana danışdı - Dedim ki... 1084 dəfə oxunub
- İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olub 1078 dəfə oxunub
- Aygün Kazımovanın Günay Musayevanı dodağından öpməsi gündəm oldu 1057 dəfə oxunub
- Narmeendən yeni ifa! - FOTOLAR 1053 dəfə oxunub
- Paytaxtda tələbə dənizdə boğularaq öldü 1048 dəfə oxunub