Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda dəhşətli yanğın - Ölən var

Yevlaxda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə Mynews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Aşağı Bucaq kəndində bir dam altında tikilən ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı evin içərisində 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...