Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan ordusunun minaya düşən hərbiçisi dəfn olundu - FOTO

Azərbaycan ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu bu gün doğulduğu Ağstafa rayonunun Pirili kəndində dəfn edilib.

Mynews.az xəbər verir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən ağır yaralanaraq komaya düşən hərbi qulluqçu müalicə aldığı xəstəxanada vəfat edib.

İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekarbrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...