Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xətai rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın söndürüldü - YENİLƏNİB+FOTO/VİDEO

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında başlamış yanğın söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Qeydedilib ki, çoxmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin bir otağında plastikdən ibarət pəncərə çərçivəsi və bir ədəd kondisioner, eyvanında bir ədəd dolab yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

09:35

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsindəki çoxmərtəbəli binalardan birində baş verib.

Hazırda binanın yuxarı mərtəbələrindən birində yerləşən mənzildə yanğın davam edir.

Yanan mənzildən ətrafa qara tüstü və duman yayılır.

Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...