Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda faciəvi hadisə

Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb.

Mynews.az “report”-a istinadən xəbərinə görə,  gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 155-ci km-də - Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub. Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları araşdırma aparır. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...