Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Baxımsız vəziyyətdə olan dörd uşaq anasından alına bilər

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində dörd azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan bildirilib ki, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilib ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayıb.

Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...