Özünün xəbəri yoxdur, amma adına "zapravka" var imiş
Heç bir müəssisədə işləməyən, sahibkarlıq fəaliyyəti olmayan vətəndaşın külli miqdarda vergi borcu olduğu məlum olub.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, Tovuz sakini, 62 yaşlı Həmidə İbrahimova bu vaxta qədər həyətində xırda təsərrüfatla məşğul olub. Heç bir müəssisə və təşkilatda işləməyib, sahibkarlıq fəaliyyəti ilə də məşğul olmayıb.
O, bir neçə həftə əvvəl xəbər tutub ki, adına Bakıda yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Buna görə də 345 min manat vergi borcu yaranıb.
Vətəndaşa Bakı şəhəri, Xətai rayonunun İcra və probasiya şöbəsindən məhkəmə qərarı göndərilib. Hətta onun məhkəməyə gəlmədiyi halda məcburi gətirləcəyi də bildirilib.
Həmidə İbrahimova iddia edir ki, o heç bir sənədi imzalamayıb və öz adına VÖEN hesabı açdırmayıb.
Hüquqşünas Kamandar Hüseynov deyib ki, bu cür halla qarşılaşan şəxslər vergilər orqanına müraciət etməlidir.
Həmidə İbrahimova düşdüyü vəziyyətdlə əlaqədar yerli hüquq- mühafizə orqanlarına və digər qurumlara yazılı müraciət edib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 997 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 959 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 949 dəfə oxunub