Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda qadın relslərin üzərinə düşdü

"Bakı metrosunda qadın qadın qatar yoluna yıxılıb”.

Bu barədə Mynews.az-a Bakı Metropoliten QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, hadisə "Gənclik” metrostansiyasında saat 12:51-də baş verib:

"Bir qadın stansiya yoluna düşüb. Stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayıb, məlumat verib. Gərginlik çıxarılıb. Sərnişin stansiya yolundan çıxarılıb”.

Hadisə nəticəsində metronun hərəkət sxeminin yaşıl və qırmızı xətlərində 10 dəqiqəyə yaxın yubanma olub.

Gecikmə tezliklə aradan qaldırılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...