Alim Qasımovun kürəkəni həbs edildi
Xalq artisti Alim Qasımovun kürəkəni həbs olunub.
Mynews.az-ın əldə etdiyi məlumata görə, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.
Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.
Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.
Növbəti iclas sentyabrın 30-a təyin olunub.
Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4. (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ittiham olunur.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1113 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1100 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1100 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1097 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 994 dəfə oxunub