Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağsuda evləri yandıraraq, insanları qorxuda saxlayan maskalı şəxs ələ keçdi

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Ağsu rayon Keçdiməz kəndində yaşayan yaxın qohumlar onlara məxsus evlərin, ot tayalarının və sahələrin maskalı şəxs tərəfindən yandırıldığını, eləcə də onlardan birinə fiziki təzyiqin göstərildiyi barədə xəbərlər yayılmışdı.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mynews.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə gücləndirilmiş xidmət təşkil olunub və həmin əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində yanğını törədən şəxsin özünü polisə zərərçəkmiş şəxs qismində təqdim edən Ümidvar Əzimzadə olduğu müəyyən edilib.

Saxlanılan Ü.Əzimzadə ifadəsində ailəsinin və yaxın qohumlarının ona qarşı soyuq münasibət bəslədiyini bəhanə gətirərək onlara məxsus ünvanlarda yanğınlar törətdiyini, məqsədinin həmin şəxsləri qorxu içərisində yaşatmaq olduğunu bildirib.

Ü.Əzimovzadənin əmisi oğlu Kamran Əzimzadənin guya naməlum şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı onun hər hansı bir fiziki təzyiqə məruz qalmadığı, üzərində daşıdığı bıçaqla geyimini yararsız hala saldığı məlum olub.

Buna səbəb kimi isə baş verən hadisələrdən qorxduğunu və sakinlər tərəfindən gecələr ərazidə təşkil edilən növbətçilikdən yayınmaq olduğunu əsas gətirib.

Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...