Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İsmayıllıda meşədə yanğın başlayıb

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında İsmayıllı rayon Keyvəndi bələdiyyəsinə məxsus örüş sahəsində baş verən yanğın sonradan meşəyə keçib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...