Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda 31 yaşlı jurnalist vəfat edib

Caliber.Az kollektivi ağır itki ilə üzləşib. Tanınmış tarixçi və jurnalist Zaur Mehdiyev ötən gecə gözlənilmədən dünyasını dəyişib.

1990-cı il təvəllüdlü Zaur Mehdiyev Belarus Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, Qafqaz Albaniyası tarixi üzrə ixtisaslaşmışdı. O, yerli jurnalistikada da iz qoyub, Azərbaycanın bir sıra mətbu orqanları ilə əməkdaşlıq edib. Caliber.Az-da qısa müddət işləməsinə baxmayaraq, o, tanınmış xarici siyasətçilər və ekspertlərlərdən çox sayda müsahibələr almışdı.

Həmkarımızın vaxtsız ölümü onu tanıyan hər kəs üçün ağır sarsıntı oldu. O, mehriban, yardımsevər və şən insan idi.

Mynews.az kollektivi olaraq biz də onun ölümündən kədərləndiyimizi bildirir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk! Zaur Mehdiyevi peşəkar jurnalist, tarixçi və həmkar kimi həmişə xatırlayacağıq.

Allah rəhmət eləsin!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...