Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polis bölməsində öldürülən qadın haqda yeni dəhşətli detallar - VİDEO

Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədova ilə bağlı yeni detallar üzə çıxıb.

Mynews.az xəbər verir ki, mərhumun bibisi Gülər Yolçuyeva İTV-də yayımlanan "Sabaha saxlamayaq" verlişində X.Məmmədovanın əri tərəfindən işgəncələrə məruz qalmasından danışıb.

"Xanım deyirdi ki, o, artist kimi adamdır, ikiüzlüdür. Qızımın telefonu olmayıb. Ona "whatsapp"dan istifadə etməyə icazə vermirdi. Onu hər şeyin üstündə o qədər döyüb ki... Eyvana çıxmağa, paltar sərməyə qoymayıb.

Onu hətta hamilə vaxtı hamama salıb və saatlarla orada saxlayıb. Biz bunu bilməmişik, onun ürəyində nələr olub.

İki körpə balasının gözü qarşısında qızı evdə döyüb. Uşaq hər şeyi danışıb. Onun saçından tutub divara vurub.

O, bu günə kimi 102-yə ona görə müraciət etməmişdi ki, balalarını fikirləşib".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...