Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! Bakıda güclü partlayış olub - Yaralılar var

Bakıda evdə partlayış olub.

Mynews.az - ın məlumata görə, hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.

Belə ki, Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlama baş verib. Nəticədə mənzildə kirayəşin kimi yaşayan Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözəlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıb. Onlar təcili yardım vasitəsi ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralananlardan E.Əliyevin vəziyyəti normaldır, G.Adıgözəlovanın vəziyyəti isə ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı ümumilikdə sahəsi 80 kv/m. olan ev 3 otaq və 1 mətbəxtdən ibarətdir. Partlayış nəticəsində evin bütün otaqları yanıb.

Partlaşın baş vermə səbəbi araşdırılır.

Mənbə:Report

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...