Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dəhşətli qəza - yaralılar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az Report-a istinadla bildirir ki, hadisə səhər saatlarında Nizami rayonunda qeydə alınıb.

Mikayıl Əliyev küçəsində “Azsamand” markalı avtomobillə “Kia rio” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü (şəxsiyyətəri dəqiqləşdirilir-red) ağır xəsarətlər alıb. Hadisə yerinə yol polisi və təcili yardım cəlb olunub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, hadisəyə “Azsamand” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...