Bakıda gənc ata körpəsini boğaraq öldürdü - GÖRÜN nə cəza verdilər
Bakıda körpəsini boğaraq öldürən ataya ağır cəza verilib
Bakı Ağır Cinayətlər Məhkəməsində 6 aylıq körpəsini qətlə yetirməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.
Hadisə
- Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1182 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 1149 dəfə oxunub
- Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb 1006 dəfə oxunub
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 955 dəfə oxunub
- Azərbaycanda taksi qiymətləri artdı 947 dəfə oxunub