Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəstə yaxınları tərəfindən döyülən tanınmış ginekoloq - “Şikayət ərizəmi vermişəm”

Xəbər verdiyimiz kimi, bu gün Sabirabad rayonunda hamilə qadının vəfatı və xəstə yaxınlarının həkimi döyməsilə bağlı məlumat yayılıb.

Mynews.az məlumatın doğruluğunu və təfərrüatlarını öyrənmək üçün ginikoloqla əlaqə saxlayıb.

Xanım həkim faktla bağlı ekspertizadan keçdiyini bildirdi: "Ekspertizadan keçmişəm, lazım olan orqanlara şikayət ərizəmi vermişəm".

Qeyd edək ki, oxu.az-ın məlumatına görə, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Ona orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb. Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...