Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

Ermənistanın noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyev Gəncədə dəfn olunub.

Oxu.Az xəbər verir ki, şəhid Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

15:00

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu doğulduğu Gəncə şəhərinə gətirilib.

Oxu.Az-ın məlumatına görə, şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu 1990-cı ildə anadan olub. Natiq Əliyev ailəli olub, 1 qızı var.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbi qulluqçumuz yaralanıb.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...