Bakıda xarici vətəndaşın bank kartından 27 min dollar oğurlandı

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər.
Həmin şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.
Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Zöhrab Əliyev və Orxan Qafarov barəsində araşdırmalar davam etdirilir.
Hadisə
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT
- Tofiq Məmmədovun faciəli ölümdən bir neçə saniyə əvvəl çəkdirdiyi FOTOSU
- Tofiq Məmmədovun öldüyü qəzada sürücü polis imiş
- Azərbaycanda müəllim şagirdi belə döydü - Araşdırma başladı - BİABIRÇI VİDEO
- Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi
- BDU-nun tələbələrini maşın vurdu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Əhalinin banklara kredit borcu ARTIB 1044 dəfə oxunub
- Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA 1044 dəfə oxunub
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT 939 dəfə oxunub