Azərbaycanda atalığı tərəfindən təcavüz olunan 11 yaşlı qızdan - xəbər var
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.
Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, həmin qız davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qalıb.
O qeyd edib ki, həmin travmalar onun psixoloji durumunda ciddi izlər buraxıb: "Hazırda Dövlət Komitəsinin və aidiyyəti qurumların dəstəyi ilə onun müalicəsi davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçiblər. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların yenə də psixoloji yardıma ehtiyacı var".
Komitə sədri vurğulayıb ki, vəziyyət nəzərə alınaraq, qız həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub: "Terapiya başa çatdıqdan sonraki durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa digər məktəbdə təhsili davam etdirəcək. Ailənin bugünə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq".
///Report
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub