Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı - VİDEO

Ailə-məişət zorakılığı dedikdə əsasən ağıla qadınların həyat yoldaşları tərəfındən fiziki şiddətə məruz qalmaları gəlir. Halbuki bəzən əksinə də olur. Yəni kişi də ailədə öz xanımı tərəfindən zorakılığa məruz qalır və hətta bununla bağlı müvafiq dövlət orqanlarına müraciət edənlərin də sayı az deyil.
Mynews.az xəbər verir ki, son 9 ayda 81 kişi zorakılığa məruz qalıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə "Xəzər Xəbər"ə deyib ki, Dövlət Komitəsinin 860 qaynar xəttinə ümumilikdə 369 müraciət daxil olub. Onların arasında kişilər də var.
Adətən ailədaxili münaqişələrdə güclü cinsin nümayəndəsi tərəfindən zərif cinsin nümayəndələri zorakılığa məruz qalır və qadının müraciət edəcəyi təqdirdə kişilər cəzalandırılır. Eyni hal ərini döyən qadınları da gözləyir. Yəni kişi müvafiq dövlət orqanlarına döyülməsilə bağlı müraciət etdiyi təqdirdə bu, sübut olunarsa zorakılığı həyata keçirmiş qadın da məsuliyyətə cəlb oluna bilər.
Cəmiyyətin isə kişilərə qarşı zorakılıq hallarına təbii ki, münasibəti birmənalı deyil.
Qeyd edək ki, məişət zorakılığı təkcə fiziki şiddəti ehtiva etmir, həm də ailə daxilində mənəvi şiddət də məişət zorakılığı hesab edilir.
Hadisə
- Şirvanda körpə ölü doğuldu
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi
- Əsgərimiz Laçında həlak oldu
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI
- Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO 1122 dəfə oxunub
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO 1120 dəfə oxunub
- Ermənistandan itkilərlə bağlı YENİ AÇIQLAMA 1087 dəfə oxunub
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB 1075 dəfə oxunub
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI 1031 dəfə oxunub