Bakıda məktəbdə iki gündür işıqlar yanmır - Şagirdlər fənərlə gəzir

Yasamal rayonu 167 saylı məktəbdə iki gündür işıq yanmır.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, şagirdlər məktəbdə lövhəni görə bilmək üçün fənərlərdən istifadə edirlər.
Məsələ ilə bağlı sözügedən məktəbdən bildirilib ki, təhsil müəssisəsinin yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib: "Azərişıq” ASC-nin əməkdaşları problemi həll etməyə çalışdıqlarını bildiriblər. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur”.
Bakı Şəhər Təhsil İdarəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 167 nömrəli tam orta məktəbin elektrik enerjisi ilə təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub:
"Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir”.
Hadisə
- Şirvanda körpə ölü doğuldu
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi
- Əsgərimiz Laçında həlak oldu
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI
- Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO 1122 dəfə oxunub
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO 1120 dəfə oxunub
- Ermənistandan itkilərlə bağlı YENİ AÇIQLAMA 1086 dəfə oxunub
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB 1074 dəfə oxunub
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI 1031 dəfə oxunub