Bağçada körpəsinə şiddət göstərilən ATA DANIŞDI

"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur”.
Mynews.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərdən danışarkən deyib.
"Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb”, - deyə R.Mirzəliyev böyük rezonans doğuran hadisə ilə bağlı açıqlamasında bildirib.
O əlavə edib ki, hazırda hadisə ilə bağlı araşdırma gedir:
"Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı övladım da evdə hər hansı bir söz deməyib”.
Rəşid Mirzəliyev uşağının səhhətindən də söz açıb: "Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur”.
Loading...
Hadisə
- Şirvanda körpə ölü doğuldu
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi
- Əsgərimiz Laçında həlak oldu
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI
- Avqustun 5-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO 1122 dəfə oxunub
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO 1120 dəfə oxunub
- Ermənistandan itkilərlə bağlı YENİ AÇIQLAMA 1086 dəfə oxunub
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB 1073 dəfə oxunub
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI 1031 dəfə oxunub
loading...