Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda restoran işçisini avtomobil vuraraq öldürdü – FOTO

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.

1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi "Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Həmin vaxt onu "Chevrolet” markalı avtomobili idarə edən 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...