Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qripəm, yoxsa COVİD-19... - Test vermədən necə bilməli?

Son zamanlar mövsümi xəstəliklər artdığı üçün insanlar COVID-19-la qripi, "Omikron” ştamını bir-birindən ayırmaqda çətinlik çəkir. 

Demək olar ki, hər üç xəstəliyin simptomları, insanlarda narahatlıqları eyni olur.

Maraqlıdır, bu xəstəlikləri bir-birindən necə ayırd edə bilərik?

Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Gundem.az-a danışan infeksionist Nicat Əzimli son zamanlar qriplə soyuqdəymə hallarının çox olduğunu bildirərək, koronavirusla bu xəstəliyi ayırd etmənin yolları barədə danışıb:

"Pandemiyanın əvvəllərindən bir çox elm adamlarını maraqlandıran sual bu olmuşdu ki, görəsən, COVID-19 xəstəliyinin başlanğıc mərhələsində olan xəstədə laborator və instrumental müayinə metodlarından istifadə etmədən, sadəcə xəstəliyin əlamətlərinə baxaraq koronavirus diaqnozu qoyula bilərmi? Bu suala cavab olaraq bir müddət araşdırmalardan sonra ilkin diaqnoz üçün bu cür differensial diaqnostikanın 100% dəqiqliklə olmasa da, mümkünlüyü təsdiqlənmişdi. Belə ki, məsələn, qriplə COVID-19 arasında oxşar simptomlar çox olsa da, məhz koronavirus üçün spesifik əlamətlər bunlardır: iybilmə və dadbilmənin itməsi, xəstə şəxslə təmasdan sonra simptomların ortaya çıxması müddətinin (inkubasion dövr) 4 gündən uzun ola bilməsi, digər heç bir əlamət olmadan yalnız qızdırma ilə başlanan xəstəlik, qızdırmadan sonra bəzən mədə bulanması və ishal, xüsusilə axşamlar yüksələn bədən temperaturu və s. 

Qripdə xəstəlik adətən qızdırmasız boğaz ağrısı və öskürəklə başlayıb sonradan qızdırma gəlirsə, koronavirusda əvvəldə öskürəksiz qızdırma daha xarakterikdir. Təbii ki, bunlar hər bir fərdə görə fərqlilik göstərə bilər, amma ümumi statistik göstəricilərə görə klinik mənzərə belədir”,-deyə mütəxəssis qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...