Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

8 uşaq atası olan itkin neftçinin cəsədi tapıldı

Martın 20-də dənizdə tapılan kişi meyitinin itkin düşən neftçi olduğu müəyyənləşib.

Qərargahdan Mynews.az-a verilən məlumatına görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 20-də aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Güloğlan Zülfiqarov Ələt rayon sakini olub və 8 övladı atasıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...