“Kardeşler” nöqsanlara görə cərimələndi - FOTO
Bakıda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkar olunub.
Mynews.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küç., ev 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Servet Akkuşa məxsus "Kardeşler" un məmulatları ictimai iaşə müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə, temperatur rejiminə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı və digər nöqsanlar aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən bir sıra sahələrin fəaliyyəti məhdudlaşdırılıb.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 1000 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 978 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 967 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 966 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 964 dəfə oxunub