Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda lifti qırılan məşhur restoranın ADI MƏLUM OLDU

Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik.

Mynews.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən "Mangal Steak House” restoranında baş verib.   Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.   Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...