Vətən müharibəsi qazisi İNTİHAR ETDİ

Gədəbəydə intihar hadisəsi qeydə alınıb.
Mynews.az xəbər verir ki, hadisə rayonun Çanaqçı kəndində baş verib.
Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu özünü asaraq intihar edib. Hadisə gecə saatlarında, İsmətin ailə üzvlərinin yuxuya getməsindən sonra baş verib.
O, bu gün Çanaqçı kəndində torpağa tapşırılıb. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, İsmət Babakişiyev Vətən müharibəsində əsgər kimi iştirak edib. O, döyüşlərə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qatılıb. İsmət Babakişiyev Prezidentin sərəncamları ilə Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və "Şücaətə görə" medalları ilə təltif olunub.
Onu da əlavə edək ki, Vətən müharibəsi qazisi subay idi. Aprelin 21-də 22 yaşı tamam olacaqdı (qafqazinfo.az).
Hadisə
- Tofiq Məmmədovun faciəli ölümdən bir neçə saniyə əvvəl çəkdirdiyi FOTOSU
- Tofiq Məmmədovun öldüyü qəzada sürücü polis imiş
- Azərbaycanda müəllim şagirdi belə döydü - Araşdırma başladı - BİABIRÇI VİDEO
- Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi
- BDU-nun tələbələrini maşın vurdu
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR 1141 dəfə oxunub
- Hava ilə bağlı - XƏBƏRDARLIQ 1082 dəfə oxunub
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA 1075 dəfə oxunub
- Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü - Azərbaycanda şok hadisə 1071 dəfə oxunub
- Xalq artisti Vaqif Əsədov vəfat etdi 1058 dəfə oxunub