Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda qardaş bacısını güllələdi

Sumqayıtda güllələnmə hadisəsi olub.

Mynews.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Corat qəsəbəsində M.M. bacısı R.Ə.-yə odlu silahdan atəş açıb.

Döş qəfəsi nahiyəsindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi üstündə olub. Belə ki, bir müddət əvvəl R.Ə. həyat yoldaşından ayrılaraq başqası ilə yaşamağa başlayıb.

Bundan xəbər tutan qardaşı onu öldürmək qərarına gəlib və məlum hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...