Tofiq Məmmədovun faciəli ölümdən bir neçə saniyə əvvəl çəkdirdiyi FOTOSU
Xəbər verdiyimiz kimi, mayın 19-da Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az Qafqazinfo-ya istinadən Tofiq Məmmədovun məlum qəzadan bir neçə saniyə öncə çəkilmiş fotosunu təqdim edir.
Xatırladaq ki, hadisə T.Məmmədovun rəhbərliyi altında Xızı rayonuna təşkil edilmiş ekspedisiya zamanı baş verib. Bakıdan Xızıya yola düşən ekspedisiya üzvləri Giləzi qəsəbəsindən Xızı rayonunun inzibati mərkəzinə doğru hərəkət ediblər və qəza da T.Məmmədov yol kənarında piyada hərəkətdə olan zaman baş verib.
Belə ki, həmin gün DİN Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Kamil Hüseynovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə Sahib Eyvazovun sürdüyü “VAZ 2121-Niva” toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.
Bildirilir ki, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.
Faktla bağlı açılmış cinayət işinin materialları Xızı Rayon Prokurorluğuna göndərilib.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 928 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 568 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 566 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 566 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 560 dəfə oxunub