21 yaşlı fəhlə beşinci mərtəbədən yıxılaraq öldü

Mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Mynews.az-a rayon prokurorluğundan bildirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Hadisə
- Bakıda məşhur marketdə kütləvi zəhərlənmə
- Prezident İlkin Süleymanovla bağlı həbs qərarı verən hakimi işdən çıxardı
- Zaqatalada itən turistin yeni FOTOSU TAPILDI - Bir neçə saat əvvəl çəkilib
- Məşhur aktyor vəfat etdi
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda qadın qız tanışını oteldə bıçaqladı 1117 dəfə oxunub
- Məşhur aktyor vəfat etdi 1113 dəfə oxunub
- Azərbaycanlı müğənni ağır yol qəzasına düşdü - VİDEO 1112 dəfə oxunub
- Zaur Kamala həmişəlik efir qadağası qoyulsun! - Tələb 1062 dəfə oxunub
- Rayonlara yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 1057 dəfə oxunub