Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toyda musiqi sifarişinə görə dava düşdü: Ər və arvad bıçaqlandı

May ayının 5-də Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb:

“İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib, ona bıçaqla xəsarət yetirib. Bu zaman R.Həsənzadə ona mane olmağa çalışan N.Məmmədovun bacısı və onun həyat yoldaşına da müxtəlif xəsarətlər yetirib”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...