Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu

Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.

Mynews.az "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, hadisə iyunun 8-də metronun "Ulduz” stansiyasında baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Füzuli Məcidov (ad və soyad şərtidir - red.) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib.

F. Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...