Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəmkirdə maşın 72 yaşlı kişini vurdu

Bakı-Qazax magistralında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə yolun Şəmkir rayonu, Düyərli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1945-ci il təvəllüdlü Əliyev İdris Murad oğlu yolu keçmək istəyərkən “Ford” markalı avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan piyada Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.   

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...