Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özünü övladları ilə binadan atan qadınla bağlı yeni faktlar - Əvvəl də intihara cəhd edib - YENİLƏNİB

Bakıda intihara cəhd edən ana və övladının son durumu açıqlanıb.

TƏBİB-dən Sfera.az-a bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd olunub ki, hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atıb. Nəticədə uşaqlardan biri hadisə yerində keçinib, ana və digər övladı isə xəstəxanaya yerləşdirilib.

****

Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharının yeni təfərrüatı üzə çıxıb.

Mynews.az oxu.az-a istinadla xəbər verir ki, qayınana gəlini Aytən Abbasova ilə mütəmadi olaraq mübahisə edirmiş.

Ötən gün axşamüstü gəlinlə qayınana arasında yenidən mübahisə başlayıb. Səs-küyə gələn binanın mühafizə xidmətinin əməkdaşları mənzilin qapısını dəfələrlə döysələr də, açan olmayıb.

Məlumata görə, Aytən Abbasova bundan öncə də intihara cəhd edib. Lakin qonşular buna mane olub.

Digər məlumata görə, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...