Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda turistlər gəzinti zamanı həlak oldu

Bakıda hindistanlı turistlərin olduğu avtomobil qəzaya uğrayıb.

Mynews.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində - Qobustan-Vulkan yolunun 8-ci kilometrliyində baş verib. Belə ki, palçıq vulkanlarının yerləşdiyi “Qobustan Milli Parkı”nın ərazisində Həsənağa Həsənovun idarə etdiyi və turistləri daşıyan “Mitsubishi Pajero” markalı avtomobil aşıb. Nəticədə Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...